“Sabah” “Turan Tovuz”a, “Zirə” “Qarabağ”a qarşı

  • By admin
  • 19 Fevral 2023 09:29

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulacaq.

Gununsesi.info xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə “Sabah” “Turan Tovuz”u qəbul edəcək. Turun son qarşılaşmasında “Qarabağ” səfərdə “Zirə” ilə üz-üzə gələcək.

19 fevral (bazar)

16:30. “Sabah” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Cəmil Quliyev, Nicat İsmayıllı
“Bank Respublika Arena”

19:00. “Zirə” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu

Gununsesi.info