Azərbaycan Premyer Liqasında XXI tur davam edir.
Gununsesi.info xəbər verir ki, ilk günün növbəti oyunu keçirilib.
“Sabah” “Bank Respublika Arena”da “Turan Tovuz”u qəbul edib.
Matçda hesabı qonaqlar açıblar. 11-ci dəqiqədə yeni transfer Aleks Souza fərqlənib. Lakin 11 dəqiqə sonra Kahim Parris bərabərlik qolunun müəllifi olub.
Qalan dəqiqələrdə komandaların cəhdləri heç nəticəsiz olub. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Bu nəticədən sonra “Sabah” və “Turan Tovuz” hərəyə 1 xal götürüblər.
Qeyd edək ki, turun açılış oyununda “Qarabağ” “Səbail”ə (2:1) qalib gəlib. Digər matçlar fevralın 4-5-də keçiriləcək.
Gununsesi.info