Sabah Türkiyədə mühüm qərar veriləcək - Müxalifət Ərdoğanın qarşısına kimi çıxaracaq?

  • By admin
  • 01 Mart 2023 13:38

Sabah-martın 2-i Türkiyədə siyasətində mühüm hadisə baş verəcək.

Gununsesi.info xəbər verir ki, 6 partiyanın (CHP, İyi Partiya, Gələcək Partiya, Səadət Partiyası, DEVA Partiyası, Demokrat Partiya) birləşdiyi “Millət” İttifaqı prezidentliyə vahid namizədini müəyyənləşdirmək üçün toplanacaq. Səadət Partiyasının qərargahında keçiriləcək toplantıda yeganə mövzu prezidentliyə vahid namizədin seçilməsidir.

Qeyd edək ki, ana müxalifət Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Klıçdaroğlu prezidentliyə iddiasını ortaya qoyub. Digər 5 partiya seçkilərdə namizəd irəli sürməyib.
Bu günə qədər namizdələ bağlı əsas fikir ayrılığı Meral Akşenerin rəhbərlik etdiyi İyi Partiya ilə CHP arasında olub. Akşener K.Klıçdaroğlunun namizdə olmasını istəmir, o hesab edir ki, İstanbul Bələdiyyə Başqanı Əkrəm İmamoğlu, yaxud Ankara Bələdiyyə Başqanı Mansur Yavaşın birinci turda qalib gəlmək şansları daha yüksəkdir. Dünən M.Yavaş bildirib ki, “Millət” İttifaqı ona görəv verməyə qərar versə, namizəd olmağa ehtiyac olmayacaq.
Müşahidəçilər bildirirlər ki, vahid namizədin Klıçdaroğlu olacağı ehtimalı daha yüksəkdir. İki gün əvvəl Meral Akşener və K.Klıçdaroğlu bir araya gələrək aralarındakı problemləri müzakirə edib. Görüşdən sonra narahatlıqların çözüldüyü barədə açıqlama verilib.

Qeyd edək ki, rəy sorğularına görə, HDP-nın kənardan dəstək verməsi ilə “Millət” İttifaqının vahid namizədi ilk turda qələbə qazana bilər.
Türkiyədə prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyi gözlənilir.

Elmar