Sabah Vyetnamda yeni prezident seçiləcək

Vyetnam Sosialist Respublikasının (SRV) parlamenti mayın 22-də ölkənin yeni prezidentinə səs verəcək.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, nəticələr açıqlandıqdan sonra yeni prezident and içəcək və inauqurasiya nitqi ilə çıxış edəcək.

 

Məlumata görə, mayın 21-də Milli Məclisin daimi komissiyası prezidentliyə seçiləcək namizədlərin siyahısını deputatların müzakirəsinə təqdim edib.

 

Qeyd edək ki, Vyetnam Prezidenti Vo Van Txıonq mart ayında istefa verib.

Gununsesi.info