Sabah yağış yağacaq

  • By admin
  • 24 Avqust 2021 14:20

Sabah Bakıda və Abşeron yarımadasında gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz. Mülayim şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, havanın temperaturu gecə 24-27° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.