Sabah yağış yağacaq

  • By admin
  • 15 Yanvar 2023 12:22

Azərbaycanda 16 yanvara olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 11-16° şaxta, gündüz 2-7° şaxta olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.

Gununsesi.info