Sabah yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında fevralın 15-i günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

“Səhər yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur”, – məlumatda qeyd edilib.

Gununsesi.info