“Sabah” yazını sildi, müəllif Azərbaycandan üzr istədi –Foto

“Sabah” yazını sildi, müəllif Azərbaycandan üzr istədi –

sabah-qarabag

Türkiyənin ən nüfuzlu qəzetlərindən olan “Sabah” “Əzik xoreoqrafiya” başlığı ilə yayımlanan yazını saytdan götürüb.

Gununsesi.info xəbər verir ki, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Adana millət vəkili Necdət Ünüvar olayla bağlı “Sabah” qəzetinin baş redaktoru ilə danışıb. Sosial mediada ciddi etiraz və bu yazının türkiyəlilərlə azərbaycanlıları narahat etməsi redaktorun diqqətinə çatdırılıb, bu yanlışlığın aradan qaldırılması təklif edilib. Bundan sonra sözügedən yazı qaldırılıb. Əvəzində isə “Çempionlar Liqasında tarix yazan “Qarabağ”ın bilmədiyiniz yönləri” başlığı ilə komandanın tarixi ilə bağlı yazı dərc edilib.

Qeyd edək ki, bu gün müəllif Tvitter hesabından Azərbaycan xalqından və “Qarabağ” azarkeşlərindən üzr istəmişdi.

Xatırladaq ki, “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakatla bağlı “Sabah” qəzeti “Əzik xoreoqrafiya” başlığı ilə xəbər yayımlamışdı. Xəbərin müəllifi Mövlud Tezel adlı köşə yazarıdı. Bu yazı həm Azərbaycanda, həm də Türkiyədə böyük etiraza səbəb oldu və müəllif və qəzet tənqid edildi.

 

Gununsesi.info

COMMENTS