“Sabah” yenə qələbəyə həsrət qaldı – VİDEO

  • By admin
  • 08 Mart 2021 20:03

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

Gununsesi.info xəbər verir ki, turun açılış oyununda “Sabah” “Bank Respublika Arena”da “Sumqayıt”ı qəbul edib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb – 1:1. Hesabı 34-cü dəqiqədə meydan sahiblərinin cinah oyunçusu Təmkin Xəlilzadə açıb. 70-ci dəqiqədə isə qonaqların müdafiəçisi Cəmaləddin Xocaniyazov bərabərliyi təmin edib.

Beləliklə, “Sumqayıt” 25 xalla 4-cü, ardıcıl 6-cı oyunda qələbəyə həsrət qalan “Sabah” 16 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, saat 18:15-də “Neftçi” – “Keşlə”, martın 9-da isə “Qəbələ” – “Səbail” və “Zirə” – “Qarabağ” görüşləri keçiriləcək.