Sabah yollar buz BAĞLAYACAQ

  • By admin
  • 12 Fevral 2022 14:19

Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq.

Bu barədə Gununsesi.info-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Fevral ayının 13-də gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Qusar-Xudat, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ağdam-Ağdərə, Füzuli-Cəbrayıl-Mahmudlu, Ucar-Zərdab-Ağcabədi, Göyçay-Ucar, Gəncə-Daşkəsən, Hacıqabul-Şirvan, Salyan-Neftçala, Bərdə-İstisu, Ağsu-Kürdəmir-Bəhramtəpə, Xankəndi-Xocavənd, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Xaldan-Mingəçevir, Naxçıvan-Sədərək magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

Gecə və səhər yüksək dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Gununsesi.info