Sabah yollarda görünüş məsafəsi azalacaq! - XƏBƏRDARLIQ

Azərbaycanın avtomobil yollarında sabaha gözlənilən vəziyyət açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 21-də ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, bəzi avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

 

 

Gununsesi.info