“Sabah” “Zirə”yə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Gununsesi.info xəbər verir ki, “Sabah” evdə “Zirə”ni qəbul edib. “Bank Respublika Arena”dakı qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 72-ci dəqiqədə Emmanuel Apeh vurub.

HTML tutorial

Bu nəticədən sonra xallarını 25-ə çatdıran “Sabah” liderliyə yüksəlib. 16 xalı olan “Zirə” isə 4-cü sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki iki oyununda “Şamaxı” evdə “Qəbələ” ilə 1:1, “Səbail” isə səfərdə “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edib. Tura oktyabrın 16-da keçiriləcək “Kəpəz” – “Neftçi” və “Qarabağ” – “Sumqayıt” matçları ilə yekun vurulacaq.

Gununsesi.info