Sabaha olan hava proqnozu AÇIQLANDI

  • By admin
  • 18 Aprel 2021 12:30
Aprelin 19-da  gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, aprelin 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.   Havanın temperaturu  gecə  10-13 dərəcə, gündüz 19-24 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 20-22 dərəcə  isti olacaq. Atmosfer təzyiqi  761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Aprelin 19-da  Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi  əsəcək. Havanın temperaturu gecə  10-15 dərəcə  isti, gündüz  24-29 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti,  gündüz 15-20,  bəzi yerlərdə 23-25 dərəcə isti olacaq.
Aprelin 19-da  Abşeron yarımadasında meteoroloji amillərin  zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Gununsesi.info