Sabahdan Azərbaycanda bayram tətili başlayır.
Gununsesi.info xəbər verir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə ardıcıl 5 gün iş olmayacaq.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1-2 Yanvar Yeni illə bağlı bayram günləri elan edilib. Azərbaycanda bayram günləri və tətil Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Müvafiq olaraq, 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən qanunvericiliyə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.
Bu hesabla,Yeni il bayramında ardıcıl 5 gün qeyri-iş günü olacaq.
Gununsesi.info