Sabahdan Azərbaycanda payız tətili başlayır – 5 gün davam edəcək

  • By admin
  • 15 Noyabr 2019 11:49

Sabahdan Azərbaycanın orta məktəblərində payız tətili başlayır.

Gununsesi.org xəbər verir ki, 2019-2020-ci tədris ilinin 5 günlük tətil noyabrın 16-dan 20-dək davam edəcək.

Noyabrın 21-də dərs olacaq.

Tədris ilinin 5 günlük qış tətili isə 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr – 26 yanvar, ikinci yarımili 1 fevral – 14 iyunu əhatə edir.

 

Gununsesi.org