Sabahdan bu avtobus da kartla işləyəcək

  • By admin
  • 17 Avqust 2021 20:53

Sabahdan 130 nömrəli marşrut xətti (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən mətbuata verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə Lökbatan qəsəbəsinin İntiqam Əliyev küçəsi, keçid 15/94, Alim Şəbiyev küçəsi, Seymur Orucov küçəsi, “28 may” küçəsi, Xocasən qəsəbəsi Həmid Sultanov küçəsi 97b, Ruslan Allahverdiyev küçəsi, döngə 11/278, Biləcəri dairəsinin Rəşid İsmayılov küçəsi 56 ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb

Gununsesi.info