Sabahdan ixtisas seçimi başlayır

  • By admin
  • 28 İyul 2017 09:58

sabahdan-butun-qruplar-uzre-ali-mekteblere-ixtisas-secimi-baslayir

2017-2018-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanları yekunlaşdığından bakalavr pilləsində təhsil üçün müsabiqəyə buraxılan abituriyentlərin ixtisas seçimi başlayır.

Dövlət İmtahan Mərkəzindən (DİM) Gununsesi.info-ya bildirilib ki, bütün qruplar üzrə ixtisas seçimi sabahdan – iyulun 29-dan başlayır. Seçim avqustun 10-na qədər davam edəcək.

Müsabiqəyə buraxılanlar ixtisas seçimi üçün “Abituriyent” jurnalının 2-ci və 4-cü saylarından istifadə etməlidirlər. Jurnalın 2-ci sayında ixtisas balları, 4-cü sayında istə ixtisasların kodları dərc olunib.

Gununsesi.info