Sabahdan Referendum üzrə təşviqat kompaniyasına start verilir

  • By admin
  • 02 Sentyabr 2016 16:40

referendum_uscita_euro7 

Sentyabrın 3-dən etibarən  Azərbaycanda Referendum üzrə təşviqat kompaniyası öz işinə başlayır.

Gununsesi.info-nun məlumatına görə, bu haqda  Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov məlumat verib. O bildirib ki, “Vətəndaş Cəmiyyəti ” Referendum üzrə Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi və ilkin təşəbbüsçülərindən biri olaraq düşünürəm ki , biz ən qısa zamanda ölkə ərazisində uğurlu təşviqat kompaniyası apararaq , cənab Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş Konstitusiya dəyişikliklərinə xalqımızın böyük etimadının və dəstəyinin şahidi olacağıq: “İnanıram ki , təşviqatımızda bütün vətəndaş cəmiyyəti aktiv şəkildə yaxından iştirak edəcək !
Hər birimizə bu məsuliyyətli və şərəfli işdə uğurlar arzulayıram”-, deyə o bildirib

Gülnaz Qənbərli

Gununsesi.info