“Sabah”ın baş məşqçisi: Çempion olduğumuz üçün çox şadam

Çempion olduğumuz üçün çox şadam.

 

Gununsesi.info xəbər verir ki, bunu “Xəzri”yə (74:69) qalib gələrək Azərbaycan Baketbol Liqasında çempion olan “Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis deyib.

 

64 yaşlı litvalı mütəxəssis görüşün gərgin mübarizə şəraitində keçdiyini bildirib: “Xəzri” güclü komandadır. Onları çətinliklə məğlub etdik. Hər iki komandanın ifasında gərgin oyun izlədik. Komandama qalib gəldikləri üçün öz təşəkkürümü bildirirəm.

Cari mövsüm çox çətin keçdi. Komandalar ildən-ilə gücünü artırır. Çempion olduğumuz üçün çox şadam”.

 

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının final seriyasının dörcüncü görüşündə “Xəzri” üzərində ardıcıl 3-cü qələbəsini qazanan “Sabah” qızıl medallara sahib çıxıb.

Gununsesi.info