Sabahın hava necə keçəcək? – PROQNOZ

  • By admin
  • 24 Noyabr 2020 14:50

Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı gözlənilir.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.org-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 764 mm civə sütunundan 767  mm civə  sütununa yüksələcək, nisbi rütubət  65-75 faiz olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti,  gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Gununsesi.org