Sabahın hava proqnozu

  • By admin
  • 08 Sentyabr 2016 12:27

Bulublu hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə sabah BakıdavəAbşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, gündüz  arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 27-32,Bakıda gecə 18-20,gündüz 29-31dərəcə isti olacaq.Atmosfer təzyiqi norma daxilində 757 mm civə sütunu, nisbi rütubətgecə 65-75, gündüz 45-55faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında  isə sentyabrın 9-da ava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

 

Gununsesi.info