Sabahın hava proqnozu AÇIQLANDI

Ölkə ərazisində noyabrın 10-da gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11, gündüz 13-16, Bakıda gecə 9-11, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 13-17, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.

Gununsesi.info