Sabahın havası: Külək, yağış, qar...

  • By admin
  • 10 Fevral 2022 12:55

Azərbaycanda fevralın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 14°-dək şaxta, gündüz 0-3° şaxta olacaq.

Gununsesi.info