“Sabah”ın U-13 komandası İtaliyadakı ilk oyunda qələbə qazanıb

  • By ilhame
  • 31 Mart 2024 15:11

İtaliyanın Ravenna şəhərində “Ravenna Cup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-13 komandası ilk oyununu keçirib.

 

Gununsesi.info xəbər verir ki, Azərbaycan təmsilçisi yerli “Zambra Calcio” kollektivinə 2:0 hesabıyla qalib gəlib.

 

Nasir Nəsirlinin yetirmələri yarışda İtaliyanın “Zambra Calcio”, “Piza”, “Rosina”, həmçinin Lüksemburqun “Benfika Escola” klubları ilə bir qrupda mübarizə aparır.

Gununsesi.info