“Sabah”ın U-9 komandası Minskdə beynəlxalq turnirdə iştirak edib

  • By ilhame
  • 11 Mart 2024 21:59

“Sabah”ın U-9 komandası Belarusun paytaxtı Minskdə 2015-ci il təvəllüdlü futbolçular arasında keçirilən “Bizim gələcəyimiz” beynəlxalq turnirində iştirak edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

 

“Sabah”ın U-9 komandası turnirdə Belarusun BATE, “Minsk”, “Start” (Minsk), həmçinin Rusiyanın “Zenit” kollektivləri ilə birlikdə A qrupunda yer alıb.

 

“Sabah” qrupda BATE (5:4) və “Start”ı (4:0) məğlub edib, “Minsk” (0:3) və “Zenit”ə (0:2) məğlub olub. Komanda qrupu 3-cü pillədə başa vurub.

 

Məhərrəm Müslümzadənin yetirmələri 9-12-ci yerlər uğrunda mübarizədə isə Rusiyanın “Nijni-Novqorod” (0:3) və Belarusun “Volqa Brest” (2:4) komandalarına uduzub. Beləliklə, Bakı klubu yarışı sonuncu pillədə başa vurub.

Gununsesi.info