Bir bardağı su ilə doldurun. Sonra yoxlamaq istədiyiniz yumurtanın bardağın içinə atın. Əgər yumurta bardağın dibinə batırsa, yeni olduğu anlaşılır. Yox, suyun üzünə yüksəlibsə, bayatımış olduğu deməkdir. Yumurta su bardağının orta qismindədirsə, yeniləyə biləcəyiniz haldadır. Yəni, son istifadə müddətinə yaxınlaşmaqdadır.
Ymurta günümüzdə bir çox qida və günlük yeməklərin vazkeçilməzidir. Ancaq yumurta yeməzdən öncə onun bayatımış olmadığınıa əmin olmaq üçün bəzi testlər etmək gərəkdir. Əlbəttə, bəzilərimiz onu sındıraraq qoxulama yolu ilə yeniliyini sınayırıq. Çünki bayatımış yumurta pis qoxu yayır.
Gununsesi.info xarici mətbuata istinadən sizə yumurtanı sındırmadan yenimi, yoxsa bayatımışmı olduğunu yoxlaya biləcəyiniz üsulları təqdim edir.
Səs testi
Yeyəcəyiniz yumurtanın zərərli və köhnə olmadığından əmin olmaq üçün səsli sınaq edə bilərsiniz.
Yumurtanı qırmazdan öncə baş barmağınız və yanındakı işarə barmağınızın arasına alaraq halqa şəkilli oyuğun içində onu yumşaqca silkələyirsiniz. Qulağınıza yaxınlaşdırıb səsini dinləməyə çalışın.
Əgər yumurtadan səs gəlmirsə, yumurtanız təzədir, deməkdir. Onu könül rahatlığı ilə yeyə bilərsiniz.
Əgər yumşaqca silkələnən yumurtadan cıvıq bir səs gəlirsə, onun bayatımış olduğu anlamına gəlir.
Tərcümə: Arzu Sayadoğlu