Sabiq AKP-çi nəzarətə götürülüb

  • By admin
  • 31 Avqust 2016 15:31

10

Türkiyənin hakim Ədalət və İnkişaf  Partiyasının (AKP) keçmiş Çankırı millət vəkili, Konstitusiya Komissiyasının sədr müavini İdris Şahin nəzarətə götürülüb.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Çankırı Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsi İdris Şahinin nəzarətə götürülməsi üçün Ankara polis idarəsi ilə əlaqəyə girib. Nəticədə polislər İdris Şahinin evində axtarış aparıblar.

Qeyd edək ki, İdris Şahinin Türkiyədə dövlət çevrilişinə cəhdə ittiham olunur.

 

Anar

Gununsesi.info