
Yunanıstanın sabiq Baş naziri Lukas Papadimosun avtomobilində baş verən partlayış nəticəsində 4 nəfər yaralanıb. Papadimos xəstəxanadadır.
Gununsesi.info-nun xarici mediaya istinadən xəbərinə görə, onun həyatı üçün təhlükənin olmadığı bildirilir. Polisin məlumatına görə, avtomobildə minalanmış paket partlayıb. Sabiq Baş naziri müşayiət edən 3 nəfər də yaralanıb.
Newsit.gr xəbər verir ki, hadisə terror aktı ola bilər. Partlayış sabiq Baş nazirin hansısa paketi açdığı zaman baş verib.
Gununsesi.info