Sabiq baş nazirin bu sözü gündəm oldu: “Terror təşkilatına qoşulardım”

  • By admin
  • 07 Noyabr 2023 13:35

Təcrübəli israilli jurnalist Gideon Levi İsraildə qatıldığı bir tədbirdə İsrailin keçmiş baş naziri Ehud Barak ilə keçirdiyi şok söhbəti çatdırıb.

Gununsesi.info-nun məlumatına görə, Levi bildirib ki, israillilərin əksəriyyəti özlərini seçilmiş irq kimi görür və istədiklərini edə biləcəklərinə inanırlar.

O, İsrailin keçmiş baş naziri Ehud Barakla söhbətindən sitat gətirib. Barakın suala cavabı İsrailin Fələstin xalqına baxışını ortaya qoyub.

LEVİ: Cənab Barak, əgər Fələstində doğulsaydınız, nə olardı?

BARAK: Terror təşkilatına qoşulardım.

Gununsesi.info