Sabiq baş prokuror rəhbərlik etdiyi təşkilatdan uzaqlaşdırılıb - ƏLİ ÖMƏROVU RƏHİM BAĞIROV ƏVƏZLƏYİB

  • By admin
  • 19 May 2017 17:36

1445247525_ali_ommarov_2

Sabiq baş prokuror Əli Ömərov rəhbəri olduğu Deportasiya Qurbanları Mərkəzindən uzaqlaşdırlıb.

Mərkəzdən Gununsesi.info-ya verilən məlumata görə, Deportasiya Qurbanları Mərkəzinin İdarə Heyətinin bu gün keçirilən iclasında təşkilat daxilində yaranmış durum və ondan çıxış yolları müzakirə olunub.

İclasda eyni zamanda, təşkilati məsələlərə baxılıb. Təşkilatı məsələlər sırasında  mərkəzə yeni rəhbər məsələsi müzakirə olub. Mərkəzin yeni rəhbəri isə Göyçay rayonunun keçmiş İcra başçısı Rəhim Bağırov seçilib. R.Bağırov təşkilata sədr seçildikdən sonra isə Əli Ömərova indiyədək göstərdiyi fəaliyyətə görə təşəkkür edilib.

Gununsesi.info