Sabiq deputat mağazalar şəbəkəsinin adını niyə dəyişdi? - “Ştutqart” "Şassi" oldu

  • By admin
  • 27 Dekabr 2022 13:34

Uzun illərdir ki, Azərbaycanda avtomobul ehtiyyat hissələrinin satışı ilə məşğul olan “Ştutqart” adını dəyişib.

Gununsesi.info-nun xəbərinə görə, mağazalar şəbəkəsinin yeni adı “Şassi”dir.

Qeyd edək ki, adıçəkilən şirkət sabiq deputat Nəriman Əliyevə məxsusdur.

 

Şirkətdən  verilən məlumatda ad dəyişməsinin səbəbi barədə bunlar bildirilib:


Şirkətimizin adının dəyişilməsinin əsas səbəbi keçmiş adımız sayılan “Ştutqart”, bildiyimiz kimi Almaniya şəhərinə məxsus olan ad olduğu üçün yalnız alman avtomobil markalarının məhsullarını təqdim etməyimiz kimi anlaşılırdı. Lakin şirkətimiz nəinki alman istehsalı avtomobillərinin, həmçinin yapon və koreya istehsalı avtomobil markalarının ehtiyat hissələrinin satışını həyata keçirirdi. Hətta 2022-ci ildən şirkətimiz amerika istehsalı avtomobillərinin ehtiyat hissələrinin də satışına başlamışdır. Qeyd olunan bir neçə dünya ölkələrinin avtomobil markalarının ehtiyat hissələrinin satışını həyata keçirdiyimiz təqdirdə “Ştutqart” adı ilə fəaliyyətimizin uyğun olmamasını düşünərək avtomobillərə xas olan ümumi bir ad, yəni “Şassi” adını seçdik. “Şassi”  avtomobilin hərəkəti və idarəetməsi üçün zəruri olan əsas komponentlər, yəni transmissiya aqreqatları, asqı sistemi və digər avtomobilin hərəkət elementləri sayılır. Bir sözlə, avtomobilin hərəkəti və idarəetməsi üçün vacib olan komponentlərin birləşməsinə “Şassi” deyilir. Bu səbəbdən şirkətin adını ümumi avtomobilə aid olan “Şassi” sözü ilə əvəzləməyi daha uyğun hesab etdik”.

 

Elmar

Gununsesi.info