Sabiq deputat qardaşının qəfil xəbərindən sarsındı - "NİYƏ MƏNİ ÖLDÜRÜRSƏN, AY İLQAR"

  • By admin
  • 14 İyul 2017 15:42

563350

İlan vurduğu deyilən və xəstəxanaya aparılan tanınmış aparıcı İlqar Mikayıloğlunun vəziyyəti ağırdır.

Gununsesi.info xəbər verir ki, yeniçag.az-a açıqlama verən aparıcının bacısı Gülər Əhmədova xəbəri ilk olaraq bizdən eşitdiyini dedi və dərhal telefonu söndürdü.

Yenidən bizimlə əlaqə saxlayan eks-deputat fəryad etdi:

“Bu dəqiqələrdə Bakıya gətirilir, mən öldüm qurtardım. Ay İlqar, sənə ekstrim lazım idi? Min dəfə ona dedim ki, bu verilişdən imtina et, həyatınla oynama, sözümə baxmadı. İlqar Qarabağda döyüşüb, bədənində qəlpələr daşıyır. Hər dəfə onun yarası qanayanda o dünyanı görüb gəlirəm. Niyə məni öldürürsən, ay İlqar?”

Gözyaşlarını saxlaya bilməyən G.Əhmədova xəbərdən şok keçirtdiyini deyib.

Qeyd edək ki, big.az-ın əldə etdiyi məlumata görə, Füzuli rayonu Haramı düzündə çəkiliş zamanı aparıcını ilan sancıb və o, dərhal hospitala aparılıb. Eyni zamanda, hadisə şahidləri İlqar Mikayıloğlunun səhhətinin ağır olduğunu da bildirirlər.

Gununsesi.info