Riqa Şəhər Məhkəməsi Latviya parlamentinin keçmiş deputatı Yanis Adamsonsu Rusiya Federasiyasına casusluqda ittiham edərək 8,5 il müddətinə azadlıqdan məhrum edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Ukrayna Pravda” nəşri məlumat yayıb.
Eks-deputat, həmçinin dələduzluqda, habelə icazəsiz odlu silah və döyüş sursatı əldə edib saxlamaqda ittiham olunur.
O, özünü günahkar hesab etmir və hökmdən apellyasiya şikayəti verməyi planlaşdırır.
Gununsesi.info