Sabiq deputata 22 il həbs cəzası verilib

  • By admin
  • 21 Dekabr 2020 22:17

Türkiyədə millət vəkili vəzifəsindən azad edilən Xalqların Demokratiya Partiyası (HDP) üzvü Leyla Güvənə hökm oxunub.

O, terror aktının istintaqı çərçivəsində aparılan iş zamanı 22 il 3 ay həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Leyla Güvən silahlı terror təşkilatı qurmaq və idarə etməkdə, terror təşkilatının təbliğatını aparmaqda və xalqı kin və düşmənçiliyə təhriketmədə ittiham edilir.

 

Gununsesi.info