Sabiq deputatın qardaşı dəm qazından boğuldu

  • By admin
  • 05 Noyabr 2020 13:10

Kürdəmir rayonuna deputat seçilən sabiq millət vəkili Fərhad Qəribovun qardaşı Hacı Fəxrəddin Qəribov dəm qazından boğularaq ölüb.

Bu barədə Gununsesi.info-ya sabiq deputatın yaxınları bildirib. Məlumata görə, hadisə bu gecə saatlarında baş verib. Fəxrəddin Qəribov Kürdəmirdə iş adamı kimi tanınırdı.

Gununsesi.info