Milli Məclisin təqaüd yaşına çatmış sabiq deputatları təqaüdlərini ala bilmir. Bu barədə Gununsesi.info-ya vaxtilə Milli Məclisin üzvü olmuş şəxslərdən biri məlumat verib. Onun sözlərinə görə, hər ayın ilk günlərində ötən ay üçün təqaüdü bankomatlardan çıxarırdılarsa, son 12 gündür bu mümkün deyil: “Biz təqaüdlə yaşayan adamlarıq. DSMF bunu düşünmür ki, bəyəm?”.
Sabiq millət vəkili deyib ki, 1-2 gün də problem həllini tapmazsa, aidiyyatı üzrə şikayətlər edəcəklər.