Sabiq direktor məhkəmə zalında həbs edildi

  • By Günel
  • 10 Sentyabr 2024 14:31

Lənkəran Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Oqtay Vəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Gununsesi.info Axar.az – a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Oqtay Vəliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə iclas zalında dərhal həbs olunub.

Qeyd edək ki, rəsmi məlumata görə, 1 nömrəli Füzuli peşə məktəbində yol verilmiş qanunsuzluqlar barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaq zamanı qeyd olunan təhsil müəssisəsinin direktoru Oqtay Vəliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı edərək dövlət büdcəsindən ayrılmış 119 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Oqtay Vəliyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Gununsesi.info