Sabiq icra başçısı DİN rəhbərindən kömək istəyir

  • Müəllif: admin
  • 03 Sentyabr 2026 10:19

 

Culfa rayon icra hakimiyyətinin  sabiq başçısı  və Naxçıvan Ali Məclisinin sabiq deputatı Ramiz Tağıyev Daxili islər naziri  Vilayət Eyvazova müraciət edib.

Gununsesi.info-nun xəbərinə görə, Ramiz Tağıyev müraciətində özünün və ailə üzvülərinin təhdid edilməsi haqqında yazıb:

“Feysbuk və vatsap səhifələrimizdə agır təhqirlər , böhtanlar , təhdidlər edirlər . Bu işlər hansısa peşəkar xakerlər vasitəsilə etdirilir . Beləki , səhifələrimizə girib , status yerlərimizdə bizə qarşı çox agır ifadələr işlədirlər .

Çox hörmətli Cənab Nazir!

Sizin ədalətinizə inanaraq Sizə müraciət edirəm ; xahiş edirəm ki , göstəriş verəsiniz ki , məni və ailəmi təhqir , təhdid edənləri , böhtan atanları aşkar edib cəzalandırsınlar”.

 

GUNUNSESI.INFO