Vaqif Abdullayev Leyla Əliyeva haqqında kitab yazıb - FOTO

  • By Admin2
  • 12 İyun 2025 14:02

Uzun illər Milli Məclisin deputatı olmuş, siyasi elmləri doktoru Vaqif Abdullayev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva haqqında kitab yazıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Vaqif Abdullayev özü verib.

“Bu günlərdə “IDEA-dan başladı” adlı yeni kitabım nəşr edilib. Kitab tanınmış ictimai-siyasi xadim, Heydər Əliyev Fondunun vitse-prezidenti “Bakı” jurnalının təsisçisi və baş redaktoru, “Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq” İctimai Birliyinin (International Dialogue for Environmental Action –IDEA) təsisçisi və sədri Leyla Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edir”, – deyə o bildirib.
Vaqif Abdullayev həmçinin əlavə edib:
“Kitab vasitəsilə Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində göstərdiyi səylərin şahidi olacaq, humanitar, ekoloji problemlərin aradan qaldırılmasında həyata keçirdiyi layihələrlə, qələmə aldığı şeirlərdən bəzi nümunələrlə tanış ola bilərsiniz. Kitabın yüksək tərtibatına görə, “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-yə təşəkkürümü bildirirəm”.

 

Gununsesi.info