Sabiq icra başçısı YAP-da komissiya üzvü oldu

  • By admin
  • 05 Mart 2021 17:33

Yeni Azərbaycan Partiyasının VII qurultayında Nəzarət Təftiş Komissiyasının üzvləri də seçilib.

Gununsesi.info xəbər verir ki, komissiyaya hakim partiyanın qurucularından olan Naftalan şəhər icra hakimiyyətinin sabiq başçısı Musa Musayev də seçilib.

Qeyd edək ki, qurultaya qədər Musa Musayev YAP Siyasi Şurasının üzvü olub.

Gununsesi.info