Sabiq məhkəmə hakimi vəfat etdi - Foto

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sabiq hakimi Fəxrəddin Məmmədov vəfat edib.

Gununsesi.info  xəbər verir ki, sabiq hakim bu gün 65 yaşında ürəktutmasından dünyasını dəyişib.

HTML tutorial

Qeyd edək ki, F.Məmmədov 1990-cı ildən 2000-ci ilədək Şahbuz Rayon Məhkəməsinin hakimi kimi çalışıb.

O, 2000-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi olub. F.Məmmədov ötən ilin oktyabr ayında təqaüdə göndərilmişdi.

 

Gununsesi.info