Avqustun 14-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Altay Həsənov evində ailə-məişət münaqişəsi zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Yasəmən Novruzovanı küt alətlə döyərək qətlə yetirib.
Gununsesi.info-nun DİN-in saytına istinadən verdiyi məlumata görə, A. Həsənov cəsədi həyətində basdırıb.
Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A. Həsənov tutulub.
Gununsesi.info