Sabiq mer Lujkov yenidən siyasətə dönür

  • By admin
  • 27 İyun 2016 16:57

Yuriy Lujkov

 

Moskvanın sabiq meri Yuriy Lujkov yenidən siyasətə qayıtmağa qərar verib. Gununsesi.info “Rambler News Servis”-ə istinadən xəbər verir ki, Moskvann sabiq meri Yuriy Lujkov yenidən siyasətə qayıtmaq haqqnda qərar verib. Lujkov Rusiya Kommunist Partiyasından deputatlığa namizəd, admiral Vladimir Komoedovanın səlahiyyətli nümayəndəsi qismində çıxış edəcək. Hansı ki, admiral V. Komoedov Rusiya kommunistlərinin Krım üzrə siyahısına başçılıq edir. Admiral Lujkovun onun səlahiyyətli nümayəndə seçilməsi məsələsınə aydınlıq gətirərək deyib ki, Lujkov Krımın və sevastopolun Rusiyanın tərkibinə qaytarılmasının əsas ideya daşıyıcılarındandır.

Qeyd edək ki, Y.Lujkov 2010-cu ildə Dmitriy Medvedyevin sərəncamı ilə Moskva meri vəzifəsindən kənarlaşdırılıb. O zamankı prezident D.Medvedyev Lujkovun mer vəzifəsindən azad olunmasını etibarı itirməsi ilə izah edib. Mer vəzifəsindən istefa verən Lujkov Kalininqrad vilayətində fermer fəaliyyəti ilə məşğul olub.

Gununsesi.info