Milli Məclisdə Gədəbəydən iki çağırış millət vəkili olmuş Nizami Quliyev bu gün qəfil dünyasını dəyişib.
Bu barədə Gununsesi.info-ya onun dostu Xaləddin İbrahimli məlumat verib.
Sabiq deputatın yüksək qan təzyiqindən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, sabiq millət vəkili AXCP-dən mojarotar qaydada Gədəbəydən deputat seçilib.
2008-ci ildə AXCP-dən istefa verdikdən sonra isə siyasi fəaliyyətini Qulamhüseyn Əlibəylinin rəhbərlik etdiyi Aydınlar Partiyasında davam etdirib.
Allah rəhmət eləsin!
Gununsesi.info