Sabiq MTN polkovniki təkzib edir - VƏTƏNDAŞ MƏNƏ BÖHTAN ATIR

  • By admin
  • 29 Dekabr 2017 12:02

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi Bahadur Qocayev vətəndaş Fazil Alıyevə istinadən Gununsesi.info-da barəsində yayılmış iddialarla bağlı redaksiyamızla əlaqə saxlayıb.

Qeyd edək ki, ötən ilin yayında vətəndaş saytımıza müraciət edərək, mülkünün MTN polkovniki tərəfindən ələ keçirildiyini iddia etmişdi. Ancaq saytımıza açıqlamasında bu iddiaları rədd edən sabiq MTN-çi ona böhtan atıldığını deyib:

“Barəmdə söylənilənlər yalandır. Mənə bu iddianı irəli sürənlər özləri dələduzluq cinayətinə görə, məhkum olunub. Bu gün də həmin mülk məsələsi ilə bağlı məhkəmə müstəvisində araşdırma gedir. Bu işlərin arxasında Muradov Rafiq adlı şəxs dayanır. Onun barəsində də dələduzluqla bağlı məhkəmədə araşdırması gedir”.

Gununsesi.info