Sabiq müdafiə naziri həbsdə qaldı

  • By admin
  • 11 Yanvar 2023 13:29

Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın məhkəmə prosesi davam edir.

Gununsesi.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, proses çərçivəsində növbəti məhkəmə iclası keçirilib.

Məhkəmə sabiq nazirin əmlak və ya pul vəsaitinin girov qoyulması qarşılığında azadlığa buraxılması ilə bağlı vəsatəti rədd edib.

Bildirilib ki, bundan əvvəl azı 5 şahidin məhkəmədə dindirələcəyi barədə vəd verilməsinə baxmayaraq, prosesdə heç bir şahid olmayıb. Məhkəmə bunu vaxtın azlığı ilə əsaslandırıb.

Həmçinin qeyd olunub ki, bundan əvvəl iki məhkəmə iclası elektrik enerjisinin kəsilməsi səbəbindən yarımçıq qalıb, texniki avadanlıqlar nasaz olub. Bəzi iclaslar hakimlərin və ittiham tərəfinin işinin həddən artıq çox olması ilə əlaqədar keçirilməyib.

Xatırladaq ki, Ermənistanın sabiq müdafiə naziri Tonoyan bir neçə yüksək rütbəli hərbçi ilə birlikdə istifadəyə yararsız hərbi texnika almaqda və 4.6 milyon dolları mənimsəməkdə ittiham olunur.

Gununsesi.info