Sabiq nazir auditoriyada dünyasını dəyişdi

  • By admin
  • 13 Oktyabr 2016 12:44
selimzade
Professor  dərs zamanı dünyasını dəyişdi.
Gununsesi.info “Lent-az”-a istinadən xəbər verir ki,  hadisə Bakı Biznes Universitetində  baş verib. Bu gün Bakıdakı universitetlərdən birində ölüm hadisəsi baş verib. Bakı Biznes Universitetində dərs deyən tanınmış alim, professor Qüdrət Əbdülsəlimzadə dərs zamanı auditoriyada vəfat edib.
Qeyd edək ki, Q.Əbdülsəlimzadə 1990-cı ildə 20 Yanvar şəhidlərinin dəfn komissiyasının sədri olub. O, Bakı Metropolitenində rəhbər vəzifədə çalışıb və daha sonra pedoqoji fəaliyyətə keçib.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Universitetində də müəllim dərs prosesi zamanı vəfat edib.
Gununsesi.info