Sabiq nazirin oğlu işdən çıxarıldı

  • By admin
  • 14 İyun 2020 13:51
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin daha bir əməkdaşı işdən çıxarılıb.
Gununsesi.org-un Unikal.org-a istinadla verdiyi məlumata görə, şöbənin sektor müdiri Rüfət Əliyev tutduğu vəzifədən azad edilib.
R. Əliyev sabiq Tikinti və sənaye naziri Ənvər Əliyevin oğludur.
Qeyd edək ki, bu şöbənin daha 5 əməkdaşı işdən çıxarılmışdı. Sözügedən şöbənin müdiri Zeynal Nağdəliyevdi.
Gununsesi.org