Sabiq polis rəisi vəfat etdi - FOTO

Şərur rayonunun sabiq polis rəisi, Ali Sovetin deputatı, polis polkovnik-leytenantı Allahverdi Həsənov vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Naxçıvan Ali Məclisinin sabiq deputatı Fərəməz Novruzoğlu məlumat yayıb.

Qeyd edək ki, Allahverdi Həsənov SSRİ-nin saxlanmasının əleyhinə səs verən 43 istiqlalçı deputatdan biridir. Polis polkovnik-leytenantı Allahverdi Həsənov 2007-ci ildə (55 yaşında) təqaüdə çıxmışdı.(“Ölkə.az”)

Sabiq polis rəisi vəfat etdi

Gununsesi.info