Sabiq prezidentə 24 il həbs cəzası verildi

Sabiq prezidentə 24 il həbs cəzası verildi

Cənubi Koreyanın eks-prezidenti Pak Kın Xenə hökm oxunub.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ölkə məhkəməsi Kın Xeni korrupsiya cinayətlərində təqsirli bilərək 24 il azadlıqdan məhrum edib. Məhkəmə müəyyən edib ki, sabiq prezident heç bir siyasi postda olmadığı halda ölkə siyasətinə təsir edən rəfiqəsi Çxve Sun Silə və ailəsinə kömək etmək üçün “Samsung”, “Lotte” kimi şirkətlərin büdcəsindən 10 milyonlarla dollar xərcləyib. Bundan başqa, vəsaitin bir qismi Sun Silin xeyriyyə fonduna göndərilib, çirkli pullar Sil tərəfindən yuyulub.

Lakin Pak Kın heç bir ittihamı qəbul etməyib və məhkəməyə gəlməyib.

Gununsesi.info

COMMENTS